“Qarabağ” - “Olimpiakos” matçına 29 min BİLET SATILIB

 11-10-2022

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” - “Olimpiakos” matçına 29 min bilet satılıb.

Qarabağ Futbol Klubundan verilən məlumata görə, sabahdan etibarən son 2 min bilet satışda olacaq.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir. 29-38-ci sektorlarda olan biletləri onlayn deyil, yalnız kassalardan almaq olar.

Bənzər yazılar

0.22923016548157