“Neftçi” öz meydanında “Turan Tovuz”la BACARMADI – VİDEO

 08-10-2022

Futbol üzrə Azərbaycan Premyer Liqasının IX turunda daha bir oyun keçirilib.

“Neftçi” “Bakcell Arena”da “Turan Tovuz”u qəbul edib.

Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Bu nəticədən sonra xallarını 19-a çatdıran “ağ-qaralar” 3-cü, 11 xalı olan Tovuz təmsilçisi isə 6-cı pillədəki mövqeyini qoruyub.

Qeyd edək ki, turun əvvəlki 2 oyununda “Zirə” evdə “Şamaxı”nı, “Səbail” isə “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib.

Tura oktyabrın 9-da keçiriləcək “Sabah” – “Kəpəz” və “Qəbələ” – “Qarabağ” oyunları ilə yekun vurulacaq.

Bənzər yazılar

0.2182719707489