"The New York Times”: “Suriyalı muzdluların ilk dəstəsi Ukraynadakı müharibəyə göndərilmək üçün Rusiyaya gəlib”

 01-04-2022

Suriyalı muzdluların ilk kontingenti hərbi təlim keçmək və Ukraynadakı müharibəyə göndərilmək üçün Rusiyaya gəlib.

Bu barədə “The New York Times” xəbər verir.

Bildirilir ki, Kreml suriyalı muzdlulara altı ay ərzində ayda 1 200 dollar, Suriyaya qayıtdıqda isə 3 000 dollar bonus təklif edib.

Nəşrin məlumatına görə, qruplaşmaya Suriya ordusunda rus zabitləri ilə sıx əməkdaşlıq edən diviziyadan azı 300 əsgər daxildir.

Muzdlular Suriya ordusunun “Pələng” kimi tanınan 25-ci diviziyasının nümayəndələridir.

Onların çoxu yolda ola bilər – Ukraynaya qarşı müharibədə maraqlı olan minlərlə adamın siyahısı tərtib edilib. Onlar əvvəlcə Suriya təhlükəsizlik xidmətləri tərəfindən yoxlanılacaq, sonra isə Rusiya Federasiyasına təhvil veriləcəklər.

Bənzər yazılar

0.20579600334167