Azərbaycan millisinin və Zaqrebin “Dinamo” klubunun hücumçusu Mahir Emreli Polşa “Legiya”sına olan borcunu ödəyib.
Bununla bağlı futbolpress.az saytı məlumat yayıb.
Bildirilib ki, bununla da FIFA-nın M.Emrelinin futbol fəaliyyətinə qoyduğu qadağa aradan qaldırılıb.
Qeyd edək ki, FIFA “Legiya” qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün Mahir Emrelinin futbolla bağlı bütün fəaliyyətinə .
FİFA Futbol Tribunalı Emrelinin “Legiya”ya 100 min avrodan çox pul qaytarmalı olduğunu açıqlayıb.