UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunları başa çatıb.
Oyun günündəki 16 görüşdən son 8-i də artıq yekunlaşıb.
Türkiyə təmsilçilərindən B qrupunda yer alan “Fənərbağça” Kiprin AEK (Larnaka) komandasını qəbul edib. İstanbullular qonaqların qapısından iki cavabsız top keçirməklə matçda üstün tərəf olublar - 2:0.
Turnirin favoritlərindən hesab olunan İngiltərənin “Arsenal” komandası Norveç “Budö Qlimt”ini sınağa çəkib. Rəqibinə heç bir şans verməyən londonlular yekunda 3:0 hesablı qələbəni təmin ediblər.
UEFA Avropa Liqası
Qrup mərhələsi, III tur
6 oktyabr
A qrupu
“Arsenal” (İngiltərə) – “Budö Qlimt” (Norveç) 3:0
B qrupu
“Fənərbağça” (Türkiyə) - AEK (Kipr, Larnaka) 2:0
“Renn” (Fransa) – “Dinamo” (Kiyev, Ukrayna) 2:1
C qrupu
“Roma” (İtaliya) – “Betis” (İspaniya) 1:2
D qrupu
“Braqa” (Portuqaliya) – “Yunion” (Belçika) 1:2
F qrupu
“Midtüllan” (Danimarka) – “Feyenoord” (Niderland) 2:2
G qrupu
“Frayburq” (Almaniya) – “Nant” (Fransa) 2:0
“Olimpiakos” (Yunanıstan) – “Qarabağ” (Azərbaycan) 0:3