Azərbaycanda daha bir məktəbdə şagird özbaşınalığı olub.
Bu barədə iddialar sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, hadisə Sumqayıt şəhərindəki 24 saylı məktəbdə qeydə alınıb.
Belə ki, ötən gün həmin məktəbin yuxarı sinif şagirdləri aşağı sinifdə təhsil alan azyaşlıları məktəbin tualetinə salaraq, qapısını bağlayıb və içəridə saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə ilə əlaqədar polis əməkdaşları məktəbə cəlb olunublar. Hazırda araşdırmalara başlanılıb.