Müəllim şagirdləri DİZ ÜSTƏ ÇÖKDÜRÜB

 03-10-2022

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsinin Qırıxlı kənd ictmai məktəbində müəllimin şagirdlərini cəzalandırma metodu ictimaiyyətin narazılığına səbəb olub.

“Aktual.ge” xəbər verir ki, Marneuli Bələdiyyəsinin kəndlərindən birində müəllim 4-cü sinif şagirdlərini cəzalandırıb.

Əldə edilən məlumata əsasən, 4-cü sinif şagirdlərini gürcü dili müəllimi Rəhman Musayev şagirdləri dərslərini yaxşı oxumadıqlarına görə sərt şəkildə cəzalandırıb. Belə ki, fotodan da göründüyü qədəri ilə müəllim 12-i nəfər şagirdi lövhənin qarşısında əllərində dəftərlə diz çökdürüb dərs keçib.

Rəhman Musayev uşaqları amansız cəzalandırması ilə yanaşı daha bir qanuna sığmayan addım atıb. O, şagirdləri diz üstə çökdürməsinin fotosunu çəkərək yaxınları ilə bölüşüb. Məsələ ilə bağlı Rəhman Musayev ilə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimizə cavab verməyib. 

Marneuli Təhsil Resurs Mərkəzinin rəhbər səlahiyyətlərinin icraçısı Xanəli Qəhramanov isə sözügedən məsələnin doğru olduğunu deyib və məlumatı təsdiqləyib.

Marneulinin Qırıxlı kənd məktəbində 4-cü sinif şagirdlərini diz üstə çökdürərək cəzalandırmış gürcü dili müəllimi Rəhman Musayev işdən azad edilib. 

Lent.az APA-ya istinadla xəbər verir ki, bu barədə məktəbin direktoru Mehman Musayev yerli mediaya açıqlamasında bildirib. O, qardaşı oğlu Rəhman Musayevin səhhətində problem olduğunu, ona görə də bu gün işdən çıxmaqla bağlı ərizə yazdığını, ərizənin qəbul edildiyini bildirib.

Direktor hadisənin araşdırıldığını, uşaqların valideynləri ilə əlaqə saxladığını qeyd edib: “Onlar övladlarının evdə bu barədə heç nə danışmadığını bildiriblər",- deyə Mehman Musayev bildirib.

Məlumat üçün bildirək ki, Rəhman Musayev həm də hakim "Gürcü Arzusu"nun Marneuli Bələdiyyə Məclisindəki deputatıdır.

Bənzər yazılar

0.20766115188599