“Alpin” pilotu Fernando Alonso karyerasında 350-ci Qran Priyə qatılıb.
Sinqapurdakı yarışda çıxış edən ispaniyalı Formula 1 tarixinin ən təcrübəli pilotu olub.
Bu göstəriciyə görə, ikiqat dünya çempionu 2007-ci il mövsümünün qalibi Kimi Raykkoneni ötüb. Finlandiyalı pilotun hesabında 349 yarış var.
41 yaşlı Alonso ən azı bir mövsüm daha F-1-də çıxşına davam edəcək. Belə ki, o, “Aston Martin” ilə müqavilə imzalayıb.
Yarışdan əvvəl Fernandonu çempionatdakı həmkarları təbrik ediblər.
Mənbə: sports.ru