Ömürdən pay verərlər, Vətəndən pay olmayır...
Qəhrəmanımız Asəf Maşıyev bütün həyatı boyu bu amalla yaşayıb. İki il əvvəl isə evdən çıxarkən “Geri qayıtmayacağam” deyib.
O, peşəkar zabit, əsl döyüşçü və qəhrəman idi. Hərbi hissənin kəşfiyyat rəisi kimi torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə öz yerini, vəzifəsini hamıdan öndə görürdü.
Həyatının 20 ilini hərbi xidmətdə keçirən, övladlarının üzünü az-az görən şəhidimizin bir qız, iki oğul övladı Vətənə əmanət qalıb.
Qəhrəmanın övladları “Şəhid övladı olmaq “Vətən sağ olsun” sözünün nə anlama gəldiyini yaşayaraq öyrənməkdir” deyir.
Qeyd edək ki, Asəf Maşıyev Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə 9 silahdaşı ilə birlikdə şəhadətə ucalmışdı. Şəhid zabit xidmətləri və şücaətinə görə 1 orden və 8 medalla mükafatlandırılıb.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: