Goranboy sakini Kəlbəcərdə minaya düşüb.
MillətinSəsi.İnfo xəbər verir ki, yaxınlarının sosial şəbəkələrdə yaydığı məlumata görə sözügedən şəxs hərbçidir.
Bildirilir ki, 1986-cı il təvəllüdlü Tanrıverdiyev Emin Möhübbət oğlu müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusudur.
Qeyd edək ki, onun xəstəxanaya yerləşdirildiyi və vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.