>

Şəhid Rəsul Sadıqovun anası vəfat etdi

 16-08-2025

Vətən müharibəsi şəhidi Rəsul Sadıqovun anası Elnarə Allahverdiyeva vəfat edib.

MillətinSəsi.İnfo xəbər verir ki, şəhid anası bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Rəsul Sadıqov 2020-ci il 10 oktyabrda Ağdərə, Suqovuşan, Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Mehdiabadda Şuşa Şəhidlər Xiyabanında dəfn edilib.

"Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. (Oxu.az)

Bənzər yazılar

0.071157932281494