Qazaxıstanlı deputat Janbolat Mamay həbsxanadan ölkənin hüquq-mühafizə orqanlarına müraciət edib.
Lent.az-ın verdiyi məlumata görə, hazırda həbsdə olan, amma mandatı alınmayan siyasətçi Janbolat Mamay, "Arman Dikiy" ləqəbli qanuni oğru Arman Cumagəldiyev tərəfindən sui-qəsdə məruz qalacağını bildirib.
“O, mənimlə eyni cəzaçəkmə müəssisəsindədir. Mənə etibarlı mənbədən xəbər verildi ki, mənim fiziki cəhətdən yox olmağım üçün plan hazırlayıb. Buna səbəb bu ilin yanvarında baş verən məlum hadisələr zamanı tutduğum mövqe olub” deyə, o bildirib.
Qeyd edək ki, "Arman Dikiy" azərbaycanlı kriminal avtoritet "Lotu Quli"nin yaxın adamlarından biri olub.