Xəbər verdiyimiz kimi, iyulun 18-də II və III ixtisas qruplarının qəbul imtahanının II mərhələsi üzrə nəticələr açıqlandı.
Ancaq bu dəfə də 700 balı toplayan abituriyent olmadı.
Maraqlıdır ki, bunun səbəbi nədir?
Təhsil eksperti Elçin Əfəndi məsələni belə izah edib:
"Maksimium nəticə göstərən abituriyentin olmaması tədris göstəricilərinin aşağı olduğu demək deyil. Əslində həm II, həm III qrupda 600-dən yuxarı bal toplayan abituriyentlərin sayı bu il artıb.
700 balı toplayanın olmamasının səbəbi abituriyentlərin açıq tipli sualları yaza bilməməsi, səhvə yol verməsidir. İkinci olaraq isə 4 yalnış cavabın 1 doğru cavaba təsir etməsidir".
İyulun 13-də isə I və II qrupların qəbul imtanının II mərhələsi üzrə imtahan keçirildi. Onun cavabları isə hələ açıqlanmayıb.
Bəs o imtahandan 700 bal gözlənilir?
" Yəqin ki, növbəti həftənin sonu I və IV qrupların nəticələri elan olunacaq. Düşünürəm ki, istisna halda 1 nəfər maksimium nəticəni əldə edə bilər" - deyə ekspert qeyd edib.
Qeyd edək ki, ötən il 2 nəfər abituriyent 700 bal toplayıb.