UEFA Millətlər Liqasında daha bir qarşılaşma Sloveniyada baş tutub.
MillətinSəsi.info xəbər verir ki, B liqasının 4-cü qrupunun 5-ci turunda Norveç səfərdə Sloveniyanın qonağı olub.
Qarşılaşmada hesabı qonaqlar açıb. Erlinq Holan 47-ci dəqiqədə fərqlənib.
Bu, “Mançester Siti”nin hücumçsunun millinin heyətində meydana çıxdığı 22-ci oyunda 21-ci qolu olub.
Lakin Holanın ultraməhsuldarlığı komandasına bəs etməyib.
61-ci dəqiqə Sporar, 81-ci dəqiqədə isə Sesko ilə iki qol vuran meydan sahibləri yekunda qələbə qazanıblar.
Qolları təqdim edirik:
19:34
UEFA Millətlər Liqasında oyunlar davam edir.
Milletinsesi.info xəbər verir ki, B liqasının 1-ci qrupunun 5-ci turunda Ukrayna Ermənistana qonaq olub.
İrəvanda keçirilən oyunda Ukrayna millisi özünü qonaq kimi aparmayıb.
Belə ki, üç gün əvvəl Şotlandiyaya 0:3 hesabı ilə məğlub olan Oleksandr Petrakovun yetirmələri bu dəfə Ermənistanı meydana çıxmağa peşman ediblər.
Qonaqlar meydan sahiblərinin qapısından 5 cavabsız qol keçiriblər.
Matçın qısa icmalını təqdim edirik: