1700-dən çox “Liverpul” azarkeşi UEFA-nı MƏHKƏMYƏ VERƏCƏK

 24-09-2022

“Liverpul” azarkeşləri Çempionlar Liqasının finalına görə UEFA-nı məhkəməyə verməyi planlaşdırır.

Onlar mayın 28-də Parisdə Çempionlar Liqasının finalı zamanı yaranmış xaosda fiziki və psixoloji travma aldıqlarını iddia edirlər.

Bu səbəbdən 1700-dən çox azarkeş hüquq firmalarına müraciət edib. Məqsəd dəymiş ziyanla bağlı UEFA-ya qarşı iddia qaldırmaqdır.

İddia ərizəsinə imza atanlar arasında “Liverpul” – “Real” Madrid matçından əvvəl “Stade de Frans”da yaralananlar var. Baş verən izdihamda qabırğasının sındığını bildirənlər və ya təşviş, travma sonrası stress pozğunluğu yaşadığını iddia edənlər bunun qarşılığının ödənilməsini istəyir.

Mənbə: Sports.ru

Bənzər yazılar

0.45467591285706