Rusiya tərəfdən Ukraynada döyüşən suriyalılara ayda 12 min manat pul verilir: Ölsələr isə 82 min manat ödəniləcək

 30-03-2022

“Suriya döyüşçülərinə Ukraynaya qarşı müharibədə Rusiya tərəfdən cəbhə xəttində döyüşmək üçün ayda 5 min funt sterlinq (11 179 manat) təklif olunur”.

MillətinSəsi.info xəbər verir ki, bu barədə BBC xüsusi mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, döyüşmək üçün könüllü olan suriyalı əsgərlərdən biri Rusiyanın Ukraynada qırğın törətdiyinə inandığını, eyni zamanda yemək yeməyə imkanı olmayan kasıb suriyalılara da kömək etmək istədiyini deyib:

“O, təklif olunan pula görə könüllü olduğunu söyləyib. Ailəsi onun getməsini istəmir, lakin ona deyiblər ki, öldürülərsə, onlara 37 min funt sterlinq (82 727 manat) ödəniləcək. O, könüllü olan ən azı 200 nəfəri tanıdığını söyləyib”.

Ukrayna hökuməti və Suriyanın aparıcı qeyri-hökumət təşkilatı bu məqsədlə Suriya üzrə 14 işə qəbul mərkəzinin yaradıldığını bildirib.

Bənzər yazılar

0.2280421257019