Bakıda "TikTok" fenomeni olan müəllim ÖLÜMLƏ HƏDƏLƏNDİ: "Başını kəsərəm" - VİDEO

 23-09-2022

Sosial şəbəkələrdə yayılan, bir qadının "Uber" taksi xidmətinin sürücüsü tərəfindən ölümlə hədələndiyini iddia etdiyi video aləmi bir-birinə vurub. 

Lent.az xəbər verir ki, "Tik-Tok" fenomeni olan ingilis dili müəlliməsi Ayşən Qurbanova dünən başına gələn hadisəni öz "Instagram" hesabında paylaşıb. 

O deyir ki, sürücü tərəfindən təhqir və təhdid olunub:

"Bir neçə gün əvvəl "Uber" taksidən istifadə etdim və sürücü mənə arxa oturacaqda makiyaj etdiyim üçün "Sən tərbiyəsizsən, əxlaqsızsan. Sən makiyaj edə bilmərsən kişi xeylağının yanında. Səni maşından düşürdərəm yolun ortasında, başını kəsərəm. sənin başını əzərəm" və s. bu tipli sözlər dedi.

Bunların hamısını videoya çəkdim, daha sonra həmin sürücünü şikayət etdim. "Uber"ə də şikayət ünvanladım. Mənə biz o sürücünün işi ilə bağlı məhdudiyyət qoyacağıq, nəsə edəcəyik. Çox üzr istəyirik dedilər. Sürücünü işdən çıxarmaq yox, onu etdiyi davranışa görə cəzalandırmaq yox, məndən normal üzr istəmək yox.

Həmin sürücünün maşınına bu gün, sabah başqa bir xanım əyləşsə və həqiqətən də, dediyi kimi onun başını kəssə, ya da yolun ortasında döysə, heç kim yaxınlaşıb kömək etməyəcək. "Uber"dən istifadə edirsinizsə, ucuzdur deyə, sifariş etməyin". 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Nurlan Əliyev Lent.az-a bildirdi ki, sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatımız var və məsələ araşdırılır.

 

Bənzər yazılar

0.2196888923645