Ceyhun Bayramov bir neçə həmkarı ilə GÖRÜŞÜB

 23-09-2022

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Karlos Rafael Faria Tortosa ilə görüşüb.

Bu barədə Ceyhun Bayramov “Twitter” hesabında yazıb.

Görüşdə Azərbaycan-Venesuela münasibətləri və onların perspektivləri çərçivəsində əməkdaşlıq müzakirə edilib.

Xarici işlər nazirlərinin görüşündə həmçinin Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalar, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər diqqət mərkəzində olub.

Ceyhun Bayramov həmçinin İordaniya baş nazirinin müavini və xarici işlər naziri ilə görüş keçirib.

Nazir həmçinin Mərakeş Krallığından olan həmkarı Nasir Bureyta ilə müzakirələr aparıb.

Azərbaycanın XİN başçısı əlcəzairli həmkarı ilə də görüşüb. 

Görüşlərdə ikitərəfli və çoxtərəfli münasibətlər müzakirə mövzusu olub.

 

Bənzər yazılar

0.48515701293945