"Fiorentina" yarımmüdafiəçi Nikolo Zanyolonu "Qalatasaray"dan transfer etmək niyyətində deyil.
MillətinSəsi.İnfo xəbər verir ki, "Fiorentina"da icarə əsasında çıxış edən oyunçunun performansı məşqçilər heyətini məmnun etmir. Bu səbəbdən də Zanyolo mövsümün sonunda İstanbul klubuna geri dönəcək.
İtaliyalı yarımmüdafiəçi cari mövsümdə A Seriyasında cəmi 9 oyunda iştirak edib və heç bir qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.