Ağstafa rayonunun Tatlı kəndində canavarlar kənd sakininə məxsus qoyun sürüsünə hücum edib.
MillətinSəsi.İnfo apa-ya istinadən xəbər verir ki, hadisə E.Məmmədova məxsus fermada baş verib.
Vəhşi heyvanlar fermaya girərək 27 xırdabuynuzlu heyvanı parçalayıb, 10-nu yaralayıb.
Hadisə nəticəsində fermerə ciddi maddi ziyan dəyib.
Ağstafada canavarlar fermaya girərək 27 qoyunu PARÇALADI
25-04-2025
