Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

 11-04-2025

Bu gün Antalyada Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib.

MillətinSəsi.İnfo xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Görüşdə Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin perspektivləri müzakirə edilib.

Dövlət başçısı Antalya Diplomatik Forumuna dəvətə görə Türkiyə Prezidentinə təşəkkürünü bildirərək, bu tədbirin beynəlxalq gündəlikdə duran vacib məsələlərin müzakirəsi üçün dünyanın aparıcı platformalarından biri olduğunu deyib.

Söhbət zamanı dövlət başçıları ikitərəfli münasibətlər, Cənubi Qafqaz və Yaxın Şərq bölgələrində vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Bənzər yazılar

0.064922094345093