ABŞ Yəmənə zərbə endirdi: Həlak olanlar arasında SEPAH müşavirləri də var

 06-04-2025

Yəmənin "Ənsar Allah" hərəkatının ən azı 70 üzvü ABŞ-nin Hudeydə əyalətinə endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin informasiya, mədəniyyət və turizm naziri Müəmmər əl-İryani bildirib.

Əl-İryaninin sözlərinə görə, zərbələr zamanı tanınmış husi liderləri və Yəmən üsyançılarına dəstək verdiyi deyilən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) müşavirləri həlak olub.

Bənzər yazılar

0.067605018615723