Sinqapur prezidenti İlham Əliyev və Mehriban Əliyevanı təbrik etdi

 03-04-2025

Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.

MillətinSəsi.İnfo President.az-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

"Müqəddəs Ramazan bayramı münasibətilə sizə təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Bu bayram dünyada insanlar arasında birlik və həmrəylik ruhunun gücləndirilməsi üçün mühüm imkandır.

Sizə və yaxınlarınıza xoşbəxtlik və uğurlar arzulayıram".

Bənzər yazılar

0.065694093704224