Qazaxıstanda güclü zəlzələ olub

 28-03-2025

Qazaxıstanın mərkəzi hissəsində 5.2 maqnitudada zəlzələ qeydə alınıb.

MillətinSəsi. İnfo xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 15,9 min nəfərin yaşadığı Merke kəndindən 23 km cənub-qərbdə, zəlzələ ocağı 8 km dərinlikdə yerləşib.

İnsan itkisi və dağıntılar barədə məlumat yoxdur.

Bənzər yazılar

0.06742787361145