Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisinin 2.7 milyon vergi borcu var

 26-03-2025

Xətai Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyinin külli-miqdarda vergi borcu yaranıb. 

Qlobal.az xəbər verir ki, Xətai Mənzil-Kommunal Təsərrüfatı Birliyinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2. 875. 745 manat vergi borcu var.

Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Məmmədov Fəxrəddin Məhəmməd oğludur. 
 
Fəxrəddin Məmmədovun Xətai rayon İcra Hakimiyyəti Başçısı Rafiq Qulutevlə dost olduğu bildirilir. Eyni zamanda onun Xətai rayonunda biznes şəbəkəsinin də olduğu vurğulanır. 
 
Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin külli-miqdarda vergi borcu olduğuna görə Birliyinin rəisi Fəxrəddin Məmmədovun ölkədən çıxmasına qadağa qoyulduğu da iddialar arasında yer alır.
 
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən mövqe öyrənə bilmədik. 
 
Müəllif Cahandar Laçınlı 
 
Mənbə Qlobal.az
 

Bənzər yazılar

0.070252895355225