Argentina millisi iki tarixi rekorda imza atdı

 26-03-2025

Argentina millisi 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində öz meydanında Braziliya millisini 4:1 hesabı ilə məğlub edib.

Milletinsesi.info-ın xəbərinə görə, bu barədə jurnalist Mister Çip (Aleksis) özünün "X" hesabında məlumat verib.

Məlumata görə, beləliklə də Argentina millisi Dünya Çempionatının təsnifat mərhələsində "pentakampeonlar"la oyunlarda iki tarixi rekorda imza atıb.

Bildirilib ki, Argentina Cənubi Amerikada bütün təsnifat mərhələləri tarixində Braziliya ilə hər iki görüşdə qalib gələn ilk komanda olub. Bundan əlavə, "albiseleste" mundialın seçmə turnirləri tarixində Braziliyaya dörd qol vuran ilk rəqib olub.

Xatırladaq ki, daha əvvəl Lionel Skaloninin komandasının Cənubi Amerikadan Kanada, ABŞ və Meksikada keçiriləcək Dünya Çempionatına vəsiqə qazanan ilk komanda olduğu rəsmiləşib. Argentina millisi 31 xalla turnir cədvəlinə başçılıq edir. Braziliyalılar 21 xalla üçüncü pillədə qərarlaşıblar.

Bənzər yazılar

0.062610149383545