Gəncədə yeniyetməni maşın vurub

 24-03-2025

Gəncədə piyadanı avtomobil vurub.

Oxu.Az APA-ya istinadla xəbər verir ki, şəhər ərazisində avtomobil yolu keçmək istəyən 2010-cu il təvəllüdlü M.Bəkirovanı vurub.

Xəsarət alan 15 yaşlı piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.061323165893555