Tovuzda günlərlə evdə ac qalan uşaq Bakıya gətirilib

 26-03-2025

"Tovuzda ananın imtina etdiyi körpə Bakıda uşaq xəstəxanasına yerləşdirilib".

Bu barədə Milletinsesi.info-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat verib.

Xatırladaq ki, martın 21-də Tovuz Rayon Polis Şöbəsinə Yuxarı Öysüzlü kəndində yerləşən mənzillərin birində barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar.

 

Bənzər yazılar

0.072460889816284