Gəncədə bıçaqlanan 40 yaşlı qadının vəziyyəti açıqlandı

 24-03-2025

Gəncədə bıçaqlanan 40 yaşlı qadının vəziyyəti açıqlanıb.

Bu barədə Milletinsesi.info-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"24 mart 2025-ci il tarixində saat 13:10-da 1985-ci il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Pasiyentə döş qəfəsinin sol yuxarı nahiyəsinin kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilib.

Ona zəruri tibbi yardım göstərilib, hazırda müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır" , - deyə məlumatda qeyd olunub.

Aygün Mirakif

Gəncədə bir qadının bıçaqlanması ilə nəticələnən cinayət hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Şah İsmayıl Xətai prospektində mağazalardan birinin qarşısında qeydə alınıb.

40 yaşlı Kifayət Quliyeva bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Qadına ilkin tibbi yardım göstərilib. Məlumata görə, onu tanıdığı şəxs bıçaqlayıb.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxsin yerinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

Bənzər yazılar

0.064571857452393