Haber Global: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan dünyaya Azərbaycan mesajı” – VİDEO

 20-09-2022

Türkiyənin Haber Global telekanalı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasının 77-ci sessiyasındakı çıxışında Azərbaycanla bağlı dediklərini önə çıxarıb.

Telekanal bununla dövlət başçısının bütün dünyaya dəqiq bir mesaj verdiyini vurğulayıb.

“Biz azərbaycanlı qardaşlarımızın hüquqlarının və gələcəklərinin qurulmasında hər zaman yanında olacağıq”, - deyə Ərdoğan bəyan edib.

O, Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməsinin Cənubi Qafqazda daimi sülhün bərqərar olması üçün tarixi imkanlar pəncərəsi açdığını qeyd edib.

Bənzər yazılar

0.21159601211548