Nyu-Yorkda Blinken, Ceyhun Bayramov və Mirzoyan arasında üçtərəfli GÖRÜŞ KEÇİRİLİB - FOTO/VİDEO

 20-09-2022

Nyu-Yorkda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov, eləcə də ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüş keçirilib.

ABŞ dövlət katibi Entoni Blinken üçtərəfli görüşdən sonra bildirib: "Ermənistan və Azərbaycan xarici işlər nazirlərinə bu görüş üçün təşəkkür edirəm. Mən son toqquşma zamanı həlak olanların doğmalarına və dostlarına səmimi başsağlığı verirəm."

Blinken daha sonra qeyd edib: “Hər iki liderlə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığımda onlar sülh üçün hazır olduqlarını bəyan ediblər.

Güclü, davamlı diplomatik çərçivədə işləmək hamı üçün ən yaxşı yoldur. Ermənistan və Azərbaycan arasında fikir ayrılıqlarının hərbi yolla həlli yoxdur, lakin fikir ayrılıqlarını diplomatiya yolu ilə həll edən davamlı sülhə aparan yol var”.

Bənzər yazılar

0.19915390014648