Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniya II Bundesliqasının XXV turu çərçivəsində "Munster"lə görüşdə meydana çıxmayıb.
Milletinsesi.info "Bild" nəşrinə istinadən xəbər verir ki, Emreli oruc tutduğu üçün fiziki cəhətdən meydana çıxmağa hazır olmayıb.
Komandanın baş məşqçisi Miroslav Kloze bu səbəbdən millimizin hücumçusuna şans verməyib.
Qeyd edək ki, Mahir Emrelinin çıxış etmədiyi görüş komandasının 1-0 hesablı qələbəsi ilə başa çatıb.