Rusiya Ordusu Ukraynanın Nikolayev şəhərinə raket hücumu həyata keçirib.
MillətinSəsi.info xarici KİV-ə istinadla xəbər verir ki, hücum nəticəsində regional dövlət administrasiyasının doqquzmərtəbəli binası dağılıb.
Şəhər meri Vitali Kim həmin vaxt ofisində olmayıb.
Dağıntılar altında insanların qaldığı bildirilir. Son məlumatlara görə, artıq yeddi nəfərin meyiti çıxarılıb, 20-dən çox insan müxtəlif dərəcəli xəsarət alıb. 100-dən artıq insan isə binadan təxliyə edilib.