Direktor təyinatında sertifikasiya balı nəzərə alınacaq?

 06-02-2025

"Orta məktəblərə direktor təyinatında namizədlərin sertifikasiya balı nəzərə alınacaq".

MillətinSəsi.info xəbər verir ki, bunu elm və təhsil Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Nazir, həmçinin bildirib ki, ümumi təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulunda da namizədlərin sertifikatlaşdırma balı və müəssisə rəhbərinin rəyi nəzərə alınacaq.

"Şərtləri ödəyən namizədlər müsahibə mərhələsində iştirak edəcəklər", - deyə nazir bildirib.

Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, repetitorluğun birdən-birə ləğvi mümkün deyil.

O qeyd edib ki, müəllimlərin məktəb daxilində dərsdən sonra repetitorluqla məşğul olması doğru deyil. “Dəbə görə də repetitor yanına gedənlər var. Öz sinfində dərs dediyi uşağa dərsdən sonra da repetitorluq etmək ayıbdır. Repetitorluğun ləğvi birdən-birə aparıla bilməz, mərhələli şəkildə ləğv ediləcək”, - nazir bildirib.

Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib ki, valideynin uşaqlarını məktəbə gətirməsi ilə öz iş saatlarının uyğunlaşdırılması problemini tənzimləyə bilsək, məktəblər dəyişkən iş qrafikinə keçirələcək.

Qeyd edək ki, məktəblərdə iş qrafikinin dəyişdirilməsi məsələsi “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Bənzər yazılar

0.059382915496826