Hikmət Hacıyev İrana səfər edib

 01-02-2025

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasına səfər edib.

Milletinsesi.info xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, İran İslam Respublikasına səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb, ikitərəfli əlaqələr və regional əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıb.

Bənzər yazılar

0.063488006591797