UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb

 31-01-2025

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Milletinsesi.info-ın məlumatına görə, tədbirdə 1/16 finalın cütləri bəlli olub.

Liqa mərhələsində 9-24-cü yerləri tutan 16 komandanın rəqiblərinin adına aydınlıq gəlib.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi

"Brügge" (Belçika) - "Atalanta" (İtaliya);

"Sportinq" (Portuqaliya) - "Borussiya Dortmund" (Almaniya);

"Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya);

"Seltik" (Şotlandiya) - "Bavariya" (Almaniya);

"Yuventus" (İtaliya) - PSV (Niderland);

"Feyenoord" (Niderland) - "Milan" (İtaliya);

"Brest" (Fransa) - PSJ (Fransa);

"Monako" (Fransa) - "Benfika" (Portuqaliya).

Qeyd edək ki, bu raundun oyunları 11-12 və 18-19 fevralda baş tutacaq. "Liverpul", "Arsenal", "Aston Villa" (hamısı İngiltərə), "İnter" (İtaliya), "Barselona", "Atletiko" (hər ikisi İspaniya), "Bayer Leverkuzen" (Almaniya), və "Lill" (Fransa) birbaşa 1/8 finala vəsiqə qazanıblar.

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Milletinsesi.info-ın məlumatına görə, tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Mərhələnin mümkün cütlərini təqdim edirik:

"Monako" (Fransa) / "Brest" (Fransa) - PSJ (Fransa) / "Benfika" (Portuqaliya);

"Sportinq" (Portuqaliya) / "Brügge" (Belçika) - "Atalanta" (İtaliya) / "Borussiya Dortmund" (Almaniya);

"Seltik" (Şotlandiya) / "Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya) / "Bavariya" (Almaniya);

"Yuventus" (İtaliya) / "Feyenoord" (Niderland) - PSV (Niderland) / "Milan" (İtaliya).

Bənzər yazılar

0.11072397232056