"Amansızlığına, vəhşiliyinə, kütləviliyinə və törədilən cinayətlərin ağırlığına görə Xocalı faciəsi insanlığın tarixində qara ləkə kimi qalacaq"
Heydər Əliyev
Qarabağdakı Erməni separatçıları tərəfindən 1991-ci ilin oktyabr ayından blokadaya alınmışXocalı ilə oktyabrın 30-dan avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi olaraq helikopter əlaqəsi saxlanılsa da bu əlaqə 1992-ci il yanvarın 28-də sonlanmışdır.
Elektrikin verilməyi kəsilmiş və artıq Xocalıda faciənin başlamasına bir işarənin göstəricisi idi. Bütün bu əlaqələrin kəsilməyin böyük qanlı nəticəsi isə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə daxil olmalarıan və qanlı faciənin yaradılmasına səbəb oldu. Həmin gecə həm Xocalı sakinlərinin, həm də Azərbaycan xalqının yaddaşlarında qanlı fevral və ya da Xocalı faciəsi kimi həkk olundu.
Beləliklə, Xocalı işğal edildi, Xocalının yerli əhalisi olan Azərbaycan türklərinə qarşı isə soyqırım törədildi. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb.
Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Xocalı fevralın 25-də saat 23:00-dan toplardan atəşə tutulmağa başlayan məhfur ermənilər lk növbədə yaşayış massivində yerləşən kazarma və müdafiə nöqtələrini dağıtmaqla öz iyrənc siyasətlərini həyata keçirtməyə başladılar.
Daha sonra idə fevralın 26-sı gecə saat 01:00–04:00 arası şəhərə piyada dəstələrdaxil olmağa başladı və Ermənistan silahlı birləşmələrin üzvlərinin məlumatına görə Xocalı qarnizonunun silahlı müqaviməti tezliklə tam olaraq məhv edildi. Xocalıdakı sonuncu müdafiə nöqtəsi saat 07:00-da məhv edilməyə başlayarkən yerli əhalinin bir hissəsi Ağdam istiqamətinə hərəkət edərək iki istiqamət üzrə hərəkət edirdilər:
Şəhərin şərq hissəsindən çay yatağı boyunca şimal-şərq istiqamətinə, Əsgəranı sol tərəfdə saxlamaqla (Ermənistan rəsmiləri məhz bu yolun "azad dəhliz" kimi saxlanıldığını bildirir);
Əsgəranı sağ tərəfdə saxlamaqla şəhərin şimal hissəsindən şimal-şərq istiqamətinə (görünür bu yolla qaçqınların az bir hissəsi keçmişdir).
Beləliklə mülki əhalinin əksər hissəsi Xocalını tərk etdi, təxminən 200–300 nəfər öz evlərində və zirzəmilərində gizlənərək Xocalıda qaldı. Hücum zamanı şəhərin bombalanması nəticəsində Xocalıda qeyri-müəyyən sayda mülki əhali öldürüldü. Erməni tərəfi praktiki olaraq bu cür öldürülən əhalinin sayı ilə bağlı məlumat verməkdən imtina etdi.
Azərbaycanda Xocalı soyqırımının işıqlandırması əsasən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə əlaqələndirilir, qısa müddətli hərbi jurnalistlik karyerasında ən vacib xidməti Xocalıda törədilən vəhşilikləri lentə almaq olmuşdur.
Xocalının müdafiəsi zamanı yeddi Azərbaycanın Milli Qəhrəmanı iştirak etmişdir. Döyüşlərdə Şöhrət Həsənov şəhid olmuş və ölümündən sonra Azərbaycan prezidenti tərəfindən "İgidliyə görə" medalı ilə təltif olunmuşdur. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov erməni polkovnik Vitali Balasanyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir.
Beləliklə, Azərbaycan tarixinin qanlı, faciəvi yaddaşına 20 Yanvardan sonra Xocalı soyqrımı faciəsi yazıldı. Azərbaycan gənclərinin vətənpərvərlik hisslərinin, qisas alma hisslərinin oyanmasına və qəlblərində kin-küdrətlə yaşamaqlarına səbəb olan o faciədən neçə il sonra əlinə silah alıb Ali baş komandanın əmri ilə o torpaqları azad etməyə könüllü olaraq yollanmasına vəsilə oldu. Qisas, qisas və yenə də qisas.
Doğma Qarabağa dönmək, Xocalıya geri qayıdaraq hər daşında, qayasında qanı olan, canı olan yerli əhalisinin ruhunu şad etmək əsas vəzifələrdən birinə çevrildi bu doğma vətən oğullarının, vətənqızlarının. 1992-ci ildə soyqrıma çevrilmiş o günün tarici acısı hələ də yaddaşlarımızdan silinmir və illər, əsrlər keşsədə o acı faciə, qanlı soyqrım unudulmayacaq.
Günel Hümmətova (Pəniyeva) Saleh
ADPU-nun Filologiya fakültəsi, Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru