Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin başlaması münasibətilə paylaşım edib.
Tehsil.biz xəbər verir ki, bu barədə feysbuk hesabında yazan nazir əlamətdar gün adının yazılışında səhvə yol verib.
Belə ki, o, Bilik Günü ifadəsini dırnaq daxilində yazmaqla xətaya yol verib. Məlum xəta barədə paylaşımın şərh bölməsində izləyici tərəfindən məlumat verildikdən sonra yazıya düzəliş edilib.
Xatırladaq ki, bir müddət əvvəl elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı hələ də bəzi müəllimlərin anbar sözünü “ambar”, şaftalını “şafdalı”, dastanı “dasdan” kimi yazdıqlarını bildirmişdi.
Yazının xətaya yol verilmiş forması
İzləyici tərəfindən verilən şərh
Yazının düzəldilmiş forması