Paytaxtımızın ekoloji təmiz avtobusları deyəsən çox da təmiz işləmir. Ya enerjisi bitir, ya da yeni olsa da, texniki problemi yaranır, ya da içəridə isitmə sistemi qoşulmur.
"Ölkə.az" İTV-yə istinadla xəbər verir ki, bunu hər gün elektrik mühərrikli avtobuslardan istifadə edən sərnişinlər deyirlər.
Görünən odur ki, ya şəhərin mühiti yeni texnikalara hazır deyil, ya da bu avtobusları idarə etməyi bacarmırlar.
Elektrikli avtobusların sürücüləri problemlərin yaranmasını normal hal hesab edirlər. Onların sözlərinə görə, benzinlə, dizellə işləyən avtobuslarda olduğu kimi bu cür avtobuslarda da texniki nasazlıq ola bilər.
Ətraflı süjetdə: