Anar Eyvazov: "İtkilərimiz var və bu barədə əlavə məlumat veriləcək"

 14-09-2022

"Ermənistan geri çəkilməyə məcbur olub".

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Anar Eyvazov bildirib.

"Təəssüf ki, bizim də itkilərimiz var və bu barədə əlavə məlumat veriləcək. Ermənistanın niyyəti bəllidir. Ermənistan terror-təxribat törətməkdə davam edib, Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə məruz qoyub. Hazırda vəziyyət gərgin olaraq qalır", - deyə rəis müavini qeyd edib.

O qeyd edib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Kəlbəcər Laçın və Daşkəsəndə olan bölmələrini atəşə tutublar:

“Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı bölmələrinin diversiya qrupları dövlət sərhədinin Kəlbəcər, Laçın, Daşkəsən istiqamətində ərazi relyefindən və dərə boşluqlarından istifadə edərək bölmələrimizin arxasına sızıblar.
 
Erməni hərbçilər Azərbaycan bölmələrinin ətrafını və təminat yollarını minalamağa çalışıblar. Təbii ki, ordumuzun bölmələri tərəfindən tədbirlər həyata keçirilib və nəticədə qarşıdurma baş verib”, - A.Eyvazov qeyd edib.

Bənzər yazılar

0.23239588737488