Britaniyalı aktrisa, "Romeo və Cülyetta" (1968) filmində "Cülyetta" obrazını canlandıran Oliviya Hassi 74 yaşında vəfat edib.
Ölkə.az Milli.Az-a istinadla xəbər verir ki, bu barədə onun ailəsi "Instagram"da məlumat yayıb.
"Dekabrın 27-də öz evində, yaxınlarının əhatəsində dinc şəkildə dünyasını dəyişən Oliviya Hassinin vəfatını dərin hüznlə bildiririk", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Hassi süd vəzi xərçəngindən əziyyət çəkib. Ona ilk dəfə bu diaqnoz 2008-ci ildə qoyulub.
Aktrisa həmçinin "Jesus of Nazareth" mini serialında, "Qara Milad" və "Nildə Ölüm" filmlərində rol alıb. Hassi "Romeo və Cülyetta" filmində rol aldığı zaman onun 15 yaşı olub.