Bakıda gənc aeroport yolunda 210 km/saat sürətlə hərəkət edərək ölüm saçdı - VİDEO

 29-03-2022

Sosial şəbəkələrdə avtoxuliqanlıq edən şəxslərin görüntüləri günü-gündən artır.

Xüsusən gecələr ölümə “meydan” oxuyanlar digərlərinin də həyatını təhlükəyə atırlar.

Magistral yollarda canavara çevrilənlər gün ərzində ən azı bir nəfərin ölümünə səbəb olurlar.

Belə görüntülərdən biri də dünən aeroport yolunda qeydə alınıb. Avtomobili idarə edən şəxs yolda ziqzaq hərəkətlər edərək digər maşınlar üçün də təhlükə yaradıb. O, “Mercedes-Benz” markalı avtomobillə yolda 210 km/saat sürətlə hərəkət edib.

Həmin görüntüləri təqdim edirik:

Bənzər yazılar

0.30456686019897