Məşhur amerikalı reper soyğun zamanı ÖLDÜRÜLÜB – VİDEO

 14-09-2022

ABŞ-da məşhur reper və aktyor “PnB Rock” (Rakim Haşim Allen) qarətçi tərəfindən güllələnib.

Faciə Los-Ancelesdə “Roscoe's Chicken and Waffles” restoranında baş verib.

Polisin məlumatına görə, soyğunçunun qurbanı silahla hədələdiyi barədə görüntülər var.

Cinayətkar artistin bütün qızıl-zinət əşyaları götürüb, hadisə yerindən qaçıb. Polis axtarışlara başlayıb.

Hücum edənin şəxsiyyəti və qətlin motivi hələlik məlum deyil.

30 yaşlı məşhur yaxınlıqdakı xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, musiqiçi və bəstəkar kimi də şöhrət qazanan mərhum rep ifaçısı 2015-ci ildə şöhrət qazanıb. “PnB Rock”un ən populyar mahnısı “Selfish” olub.

Mənbə: Gazeta.ru

Bənzər yazılar

0.44651794433594