Bu ölkə Aİ-dən rekord məbləğdə maliyyə yardımı alıb

 17-12-2024

Avropa İttifaqı (Aİ) Varşavaya rekord məbləğdə - 40 milyard zlotı (təxminən 10 milyard dollar) tranş ayırıb.

“Ölkə.az” xəbər verir ki, bu barədə ölkənin fondlar və regional siyasət naziri Katajina Pelçinskaya-Nalenç “X” sosial şəbəkəsində yazıb.

"Aİ-nin Bərpa və Dayanıqlığın Artırılması Fondundan dörd tranş alınıb ki, bu da ümumilikdə 40 milyard zlotıdır", - siyasətçi yazıb.

Avropa Komissiyası (AK) noyabrın ortalarında Varşavanın bu vəsaitlərin köçürülməsi ilə bağlı müraciətini təsdiqləyib.

Bənzər yazılar

0.11477422714233