Özündən 55 yaş böyük ərini öldürən gənc model "qüsursuz cinayət"ə görə azadlığa buraxılıb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Yaponiyada baş verib.
Belə ki, model Sako Sudo 77 yaşlı milyonçu, içki satışı və daşınmaz əmlak biznesinin prezidenti olmuş həyat yoldaşı Kosuke Nozakinin ölümündə əsas şübhəli idi.
Nozakinin evləndikdən üç ay sonra həddindən artıq dozada narkotikdən öldüyü bildirilirdi.
Onun ölümündən sonra həyat yoldaşının internetdə “qüsursuz cinayət”, “yaşlı ölümü” mövzusunda axtarış apardığı məlum olub.
Prokuroror Sudonu 1.3 milyon yen(təx. 14 milyon 400 min AZN) sərvəti ələ keçirmək məqsədilə cinayət törətməkdə ittiham edib. Yazıçının ölümü zamanı evdə olan yeganə şəxs həyat yoldaşı idi. Buna baxmayaraq 2018-ci ildən bəri kifayət qədər sübut tapıla bilmədiyindən modelə bəraət verilib.
Nozaki Yaponiyada “Kişunun “Don Juan”ı adlı avtobioqrafiyası ilə məşhurlaşıb. O, Kitabda o, var-dövlətini gözəl qadınlarla münasibətə xərclədiyini açıq şəkildə ifadə edib. Nozaki gözəl qadınlarla cinsi əlaqədə olmaq üçün milyonlarla pul xərcləməsi ilə öyünürdü.
Billurə