Hikmət Hacıyev: "Prezident İlham Əliyev çıxışında Suriya xalqına təbriklər çatdırıb"

 12-12-2024

Suriyadakı vəziyyətlə bağlı Prezident İlham Əliyev və Ərdoğan arasında telefon danışığı olub.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Prezident İlham Əliyev çıxışında Suriya xalqına təbriklər çatdırıb:

"Əsəd rejimi çökəndən sonra Azərbaycan tərəfi ümid edir ki, Suriyada sühh və əminamanlıq təmin olunacaq. Azərbaycan və Suriya arasında dostluq münasibətləri qurulacaq. İkitərəfli əlaqələr inkişaf edəcək. Suriyadakı keçmiş rejim bir çox beynəlxalq təşkilatlarda Azərbaycana qarşı problemlər yaradırdı. Suriyadakı məsələlərlə bağlı Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı olub, Suriya xalqına təbriklər çatdırılıb".

Hikmət Hacıyevin sözlərinə görə, Əsəd rejiminin çökməsindən sonra Azərbaycan ümid edir ki, Suriyada sabitlik bərpa olunacaq:

"Suriyanın əvvəlki rejimi bir sıra beynəlxalq təşkilatlarda Azərbaycana problem yaradırdı".

"Ermənistan tərəfindən verilən mina xəritələrinin dəqiqliyi çox aşağı səviyyədədir. Ermənistan və Azərbaycan arasında qarşılıqlı sülh danışıqları gedirsə, burada üçüncü ölkəyə ehtiyac yoxdur. Əksinə, üçüncü ölkənin bölgədə olması münasibətlərin normallaşmasına zərər yetirir", - o əlavə edib.

O qeyd edib ki, işğal dövründə Ermənistan tərəfindən bir milyondan artıq mina basdırılıb:

"Ermənistan regionda ən çox mina istehsal edən ölkələrdən biridir. Ölkəmizin ərazisinin təxminən 12 faizi mina ilə çirkləndirilib".

 

 

Bənzər yazılar

0.10425305366516