Kamal Cəfəri Məşhəddə həbs olundu

 10-12-2024

Siyasi cinayətdə şübhəli bilinən Kamal Cəfəri Yəzdi dekabrın 10-da Məşhəddə kəşfiyyat idarəsinin qüvvələri tərəfindən həbs edilərək naməlum yerə aparılıb.

"APA.az" xəbər verir ki, "Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə İranda insan haqları qrupunun informasiya orqanı olan "Hrana" xəbər agentliyi məlumat verib.

Bildirilib, Cəfəri Yəzdi Məşhəddəki evində bu şəhərin kəşfiyyat idarəsi qüvvələri tərəfindən saxlanılıb.

Polis evə baxış keçirərkən Yəzdinin mobil telefonu da müsadirə edib.

 

Bənzər yazılar

0.10328817367554