Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Bərdə rayonuna səfəri zamanı millət vəkili həmkarı Fatma Yıldırım, Azərbaycandan və Türkiyədən olan bir qrup ziyalı ilə birlikdə Bərdədə terror hadisəsi baş verən əraziləri ziyarət edib.
Bildirilib ki, 44 günlük müharibə vaxtı, cəbhədən uzaqlardakı mülki əhalini raket atəşinə tutan Ermənistan hərbi-siyasi rəhbərliyinin vandallığı, müharibə cinayətləri onların üzərində əbədi qara ləkədir.
Şəhidlərimizin ruhuna dualar oxuyan millət vəkilləri, ziyalılar şəhidlərin ailələri ilə görüşüb, onlarla geniş fikir mübadiləsi aparıblar.
Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, millət vəkili Fatma Yıldırım, Azərbaycandan və Türkiyədən olan bir qrup ziyalılar Bərdədə Şəhidlər Xiyabanını ziyarət edərək qəhrəman şəhidlərimizin ruhuna dualar oxuyublar.
Millət vəkilləri və ziyalılar şəhidlərimizin ailə üzvləri ilə də görüşüb, “dövlətimiz və xalqımız hər zaman yanınızdadır” deyiblər:
"Şəhidlərimizin qani yerdə qalmayib, düşməndən ağır intiqam alınıb, torpaqlarımız işğaldan azad olunub.
Şuşada, Laçında, Kəlbəcərdə, digər şəhər və rayonlarımızda dalğalanan bayrağımız düşmənə göz dağıdır.
Şəhidlərimizin əziz ruhuna əbədi ehtiram borcumuzdur".
Milli Məclis Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, millət vəkili Fatma Yıldırım şəhid ailələrimizin qayğıları ilə də maraqlanıblar, geniş fikir mübadiləsi olub.