Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsindən azad edilib.
APA.az-ın məlumatına görə, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov tutduğu vəzifədən azad edilib.
Hələlik Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə yeni təyinat yoxdur.
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin işdən azad olunan rəisi başqa işə keçəcəyini bildirib.
Adil Kərimlinin əmri ilə işdən azad edilən Pərvin Kazımov hansı sahəyə keçəcəyini dəqiqləşdirməyib.
"Başqa işə getməliyəm. Bu gün işdən azad edilməyimlə bağlı əmri aldım. Hələ ki mədəniyyət, yoxsa digər sahədə işləyəcəyimi bilmirəm. Amma onu deyə bilərəm ki, yeni işə keçəcəyəm", - deyə P.Kazımov bildirib.