Tramp Putinin qalib gəlməsinə imkan verməyəcək - Conson

 19-11-2024

ABŞ-ın yeni prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibədə qalib gəlməsinə imkan verməyəcək.

"Ölkə.az" xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson "France Inter"ə müsahibəsində deyib.

"Maraqlıdır, Donald Tramp kimi biri Putinə Ukraynanı məğlub etmək şansı versə, Qərbi, NATO-nu və özünü aşağılamaqla mandatına necə başlaya bilər?", - Tramp bildirib.

Conson qeyd edib ki, Trampın Ukraynadakı müharibəni cəmi 24 saat ərzində bitirə biləcəyi barədə bəyanatları ritorikadan başqa bir şey deyil. Bununla belə, o hesab edir ki, respublikaçı hələ də Putinin qalib gəlməsinə imkan vermək istəmir.

Bənzər yazılar

0.11281394958496